Marneulidə bir nəfəri döyüb, birinə silahla xəsarət yetirib, birini isə ölümlə hədələyən iki gənc saxlanılıb – VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 2001-ci il təvəllüdlü R.M. sağlamlığa xəsarət yetirmə, hədə-qorxu, zorakılıq və odlu silahın qanunsuz alınması-saxlanması-gəzdirilməsi ittihamı ilə, həmçinin 2002-ci il təvəllüdlü A.Q. isə zorakılıq və odlu silahın qanunsuz gəzdirilməsi ittihamı ilə saxlanılıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Cinayətlər 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsinin kəndlərindən birində, əvvəllər mövcud olmuş münaqişə zəminində, 2007-ci il təvəllüdlü O.İ.-ni fiziki olaraq döyüblər, eyni qarşıdurma zamanı isə 2008-ci il təvəllüdlü S.İ.-ni odlu silahla öldürməklə hədələyiblər və onun istiqamətində atəş açıblar. Atəş zamanı güllə gilizinin hissəsi orada olan, 1995-ci il təvəllüdlü A.A.-nın üz nahiyəsinə dəymiş və xəsarət yetirmişdir.

Yaralı şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.M. və A.Q.-nu təqsirləndirilən şəxs qismində saxlayıblar.

Polis cinayətin törədilməsində istifadə olunmuş odlu silahı maddi sübut kimi götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3 və 4-cü hissələri, eləcə də 120-ci, 126-cı və 151-ci maddələrin birinci hissələri ilə aparılır.

Bizi WhatsApp – da izləyin.