22 yaşlı ərini öldürən qadın saxlanılıb – VİDEO

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları, isti izlərlə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 2000-ci il təvəllüdlü T.Q.-nı ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

Bu barədə Nazirlik məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 22 avqustunda, Tbilisidə, yaşayış mənzilində, mübahisə zəminində həyat yoldaşına – 2003-cü il təvəllüdlü L.Q.-ya, soyuq silahla ölümcül xəsarət yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində, təqsirləndirilən şəxs isti izlərlə saxlanılıb.

Polis cinayətin törədilməsində istifadə olunmuş silahı – bıçağı maddi sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndi ilə aparılır, bu isə ailə üzvünə qarşı ağırlaşdırıcı hal altında qəsdən adam öldürməni nəzərdə tutur.

Saxlanılan şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.