36 000-lik dərmanı ölkədən çıxarmağa çalışan şəxs saxlanılıb – FOTO

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, Gəlirlər Xidmətinin Gömrük Departamenti əməkdaşları ilə koordinasiyada həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətlərinin nəticəsində, Gürcüstanın gömrük sərhədində, xüsusilə böyük miqdarda malın gömrük qaydasının pozulması ilə daşınması faktı üzrə bir şəxs aşkarlayıblar.

İstintaqla müəyyən olunub ki, “Kazbegi” gömrük keçid məntəqəsi vasitəsilə, Gürcüstandan Rusiya Federasiyası istiqamətində hərəkət edən minik avtomobilinin xüsusi hazırlanmış gizli saxlanc yerlərində müxtəlif adlarda baytarlıq dərman vasitələri aşkarlanıb.

İstintaq tədbirləri nəticəsində götürülmüş malların dəyəri 36 000 laridən çoxdur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-cu və 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır, hansı ki, cəza tədbiri olaraq beş ildən yeddi ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.