Tbilisi hava limanında Fransa vətəndaşından 143 min lari dəyərində qızıl sikkələr…
Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük məmurları tərəfindən həyata keçirilmiş tədbir nəticəsində Tbilisi beynəlxalq hava limanında bəyan edilməmiş qızıl sikkələrin və qiymətli daşların qanunsuz çıxarılmasının qarşısı alınıb.
Müəyyən edilib ki, Mühafizə Polisi Departamentinin Aviasiya Təhlükəsizliyi əməkdaşları yoxlama məntəqəsində rentgen aparatının vasitəsilə müvafiq prosedurların keçirilməsi zamanı Fransa vətəndaşının əl yükündə 143 972 lari dəyərində bəyan edilməmiş əşyalar aşkar ediblər.
İş materialları əlavə araşdırma və müvafiq tədbirlərin görülməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
Bizi WhatsApp – da izləyin.