Oktyabrın 3-ü iş günü olmayacaq – RƏSMİ

Gürcüstan hökumətinin qərarı ilə oktyabrın 3-ü inzibati orqanların işçiləri üçün istirahət günü elan edilib.

Hökumət administrasiyasının məlumatına görə bu barədə qərar Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb.

Bununla belə, sənəd Gürcüstan Milli Bankının nəzarətində olan şəxslər qarşısında yerinə yetirilməli maliyyə öhdəliklərinə şamil olunmur.

Eyni zamanda, qərar funksiyalarının yerinə yetirilməsi təxirəsalınmaz zərurət daşıyan xidmətlərə və həmin sahələrdə çalışan işçilərə də aid edilmir.

Bizi WhatsApp – da izləyin.