Rustavidə fiziki məhdudiyyətli şəxsi diləndirən və onu zorlayan şəxs saxlanılıb

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində insan alveri, zorakılıq və zorlamada ittiham olunan şəxsi saxlayıblar.

Məlumata görə, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.K. fiziki məhdudiyyətli D.S.-ni zor tətbiq etmə hədəsi ilə küçələrdə dilənməyə məcbur edib və toplanan pulları ona verməsini tələb edib.

İstintaq zamanı müəyyən olunub ki, V.K. zorakılıq tətbiq etməklə D.S.-in iradəsinə zidd olaraq onunla dəfələrlə cinsi əlaqədə olub.

Faktla bağlı aparılan əməliyyat tədbirləri nəticəsində V.K. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 143¹-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 137-ci maddənin 3-cü hissəsinin “d” bəndi və 151-ci maddənin 2-ci hissəsinin “g” bəndi ilə aparılır.

Saxlanılan şəxsi 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.