Baş nazirdən şad xəbər! Gürcüstanda 32.000 yeni iş yeri yaradılır – 6,6 MİLYARD DOLLARLIQ İNVESTİSİYA

“Eagle Hills” bir neçə aya Krtsanisidə və Gonioda tikinti işlərinə başlayacaq – bu, Gürcüstan tarixində ən iri, 6,6 milyard dollarlıq investisiya layihəsidir və ölkənin iqtisadi inkişafına tamamilə yeni impuls verəcək, – bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, layihə müxtəlif istiqamətlərdə birbaşa olaraq Gürcüstan vətəndaşlarının rifahına təsir edəcək.

“Dünyanın ən böyük inkişaf (developer) şirkətlərindən biri – Birləşmiş Ərəb Əmirliklərindən olan Eagle Hills bir neçə aya Krtsanisidə və Gonioda tikinti işlərinə başlayacaq. Bu, Gürcüstan tarixində ən iri – 6,6 milyard dollarlıq investisiya layihəsidir və ölkənin iqtisadi inkişafına tamamilə yeni stimul verəcək.

Layihə təxminən 16 000 yaşayış evinin və mənzilin tikintisini; 1 400-dən çox hotel otağı və apartamenti olan otellərin inşasını; ofis, ticarət, əyləncə, idman və digər kommersiya məkanlarının yaradılmasını nəzərdə tutur. Ən əsası isə layihə bizim vətəndaşlarımızın rifahına birbaşa təsir göstərəcək.

Eagle Hills layihəsi tikinti mərhələsində 24 mindən çox, tikintinin tamamlanmasından sonra isə 8 mindən çox iş yeri yaradacaq.

Şirkətin siyasətinə əsasən, layihənin birbaşa icrasını gürcü tikinti şirkətləri həyata keçirəcək ki, bu da ölkədə biznes sektorunun inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcək.”

Bizi WhatsApp – da izləyin.