Vilayət Eyvazovu Gürcüstanlı həmkarı qarşılayıb – FOTO

Gürcüstanın daxili işlər naziri Qela Qeladze azərbaycanlı həmkarı Vilayət Eyvazovu qarşılayıb.

Hər iki ölkənin nazirləri Gürcüstan Daxili İşlər Nazirliyinin ərazisində yerləşən, xidmət vəzifələrinin icrası zamanı həlak olmuş polis əməkdaşlarının xatirəsinə ucaldılmış memorialın önünə əklil qoyublar. Daha sonra Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə daxili işlər nazirinin müavinləri, nazirliyin digər rəhbər şəxsləri və Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Bizi WhatsApp – da izləyin.