Azərbaycanda arvadını bıçaqlayaraq Çinə qaçdı – 2 gün sonra tutuldu
Noyabrın 24-də Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.
RealNews Azərbaycan mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırmalarla 1969-cu il təvəllüdlü Rüstəm İbrahimovun hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk etdiyi və oradan Çinə getdiyi məlum olub.
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.
Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.
Bizi WhatsApp – da izləyin.