Milli Bankdan yeni qərar: Yanvarın birindən qüvvəyə minəcək

Gürcüstan Milli Bankının qərarına əsasən, istifadəçilər üçün əlavə şəffaflığın təmin edilməsi məqsədilə, virtual aktiv xidmətinin provayderi özünün virtual aktiv xidməti göstərdiyi bütün məkanlarda/kanallarda (baş ofis, filial, köşk, veb-sayt, tətbiq və s.) istifadəçi üçün aydın görünən yerdə və formada, yaxud asanlıqla əlçatan şəkildə, Milli Bank tərəfindən verilmiş həmin şəxsin virtual aktiv xidmətləri provayderi kimi qeydiyyata alınmasını təsdiqləyən fərdi inzibati-hüquqi aktı yerləşdirməyə məcbur olacaq.

“Uyğun dəyişiklik ‘Virtual aktiv xidmətləri provayderlərinin qeydiyyatı və tənzimlənməsi qaydasında dəyişiklik’ sənədində həyata keçirilib. Dəyişiklik istifadəçilərin məlumatlılığının artırılmasını və bu yolla onların maraqlarının qorunmasını təmin edir, bu isə Milli Bank tərəfindən virtual aktiv xidmətləri provayderi kimi qeydiyyata alınma ilə bağlı qanunvericilik tələbinin praktikada effektiv icrasına töhfə verəcək. Dəyişiklik, həmçinin, Gürcüstan Milli Bankının nəzarət mandatı çərçivəsində virtual aktiv xidmətlərinin tənzimləyici çərçivəsinin inkişafı ilə uyğunluqdadır.

Bundan əlavə, bu, virtual aktiv xidmətləri həyata keçirən subyektlərin fəaliyyətinin legitimliyinin müəyyən edilməsini asanlaşdıracaq əlavə mexanizm olacaq.

Qeyd etmək lazımdır ki, Milli Bank mütəmadi olaraq Gürcüstan ərazisində, o cümlədən azad sənaye zonalarında, virtual aktiv xidmətləri provayderi kimi qeydiyyatdan keçmədən virtual aktiv xidməti göstərən və istifadəçiləri aldadan şəxslərin müəyyənləşdirilməsini həyata keçirir. Bu barədə Milli Bank cari ilin oktyabr ayında bəyanat yayaraq vətəndaşlara çağırış edib ki, qeydiyyatsız subyektlərin virtual aktiv xidmətlərindən istifadə etməsinlər.

Tənzimləmə qaydasına edilmiş dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək”, – deyə Milli Bankın yaydığı məlumatda bildirilir.

Bizi WhatsApp – da izləyin.