DİQQƏT! Polşada işləyən və işləmək istəyən Gürcüstan vətəndaşları üçün qaydalar dəyişir
2025-ci il 1 dekabr tarixindən etibarən Gürcüstan vətəndaşları Polşada sadələşdirilmiş qaydada iş vizasının alınmasından artıq yararlana bilməyəcəklər.
Polşada xaricilərin “bəyanat əsasında məşğulluğu” (oświadczenie o powierzeniu pracy cudzoziemcowi) adlı mexanizmi ləğv edilir.
Polşanın Ailə, Əmək və Sosial Siyasət Naziri xaricilərin məşğulluğuna dair sadələşdirilmiş prosedurlarla bağlı yeni qayda qəbul edib.
1 dekabrdan qüvvəyə minəcək yeni qaydalara əsasən, sadələşdirilmiş prosedurlar yalnız aşağıdakı ölkələrin vətəndaşlarına şamil ediləcək:
• Ermənistan Respublikası
• Belarus Respublikası
• Moldova Respublikası
• Ukrayna
Gürcüstan isə bu siyahıdan çıxarılıb.
Yeni tənzimləmə Gürcüstan vətəndaşları üçün müəyyən istisnaları nəzərdə tutur, lakin yalnız aşağıdakı hallarda:
• Keçid müddəası: Qüvvəyə minən yeni qaydalardan əvvəl bu iş etibarına dair bəyanata malik olan Gürcüstan vətəndaşları (evidensiyaya daxil edilmiş oświadczenie o powierzeniu pracy cudzoziemcowi) bəyanatın qüvvədə olma müddəti bitənədək işləməyə davam edə bilərlər.
• Davam edən işlər: Qüvvəyə minmə tarixindən əvvəl başlamış, lakin başa çatdırılmamış prosedurlara əvvəlki qaydalar tətbiq olunacaq.
Qaydaların tam adı belədir:
“2025-ci il 21 noyabr tarixli Ailə, Əmək və Sosial Siyasət Nazirinin xarici şəxs üçün işin etibar edilməsi barədə bəyanat və mövsümi iş icazəsi ilə bağlı bəzi müddəaların hansı ölkələrin vətəndaşlarına şamil edilə biləcəyi haqqında qərarı”.
Bu qərar Polşa Respublikasının Qanunvericilik Jurnalında (Dz. U. poz. 1617) 2025-ci il 25 noyabr tarixində dərc edilib.
Bizi WhatsApp – da izləyin.