Məktəblərdə mobil telefonların istifadəsi qadağan ediləcək
Tədris mühitinə diqqətin artırılması və şagirdlərin prosesə tam cəlb olunması məqsədi ilə məktəblərdə mobil telefonların istifadəsi qadağan olunacaq.
Bu barədə təhsil naziri Givi Mikanadze ümumi təhsil islahatının təqdimatında bildirib.
Onun sözlərinə əsasən, yeni qaydaların hazırlanması nəzərdə tutulur və onlar xüsusi standart əsasında tətbiq ediləcək: “Qayda elə hazırlanacaq ki, həm tədris prosesi zərər görməsin, həm də uşağın valideyni və ya onun üçün önəmli şəxslə əlaqə yaratmaq imkanı məhdudlaşdırılmasın”, – deyə Mikanadze bildirib.
Bizi WhatsApp – da izləyin.