DİQQƏT! 2026-2027-ci tədris ilindən məktəbli formaları bu siniflər üçün məcburi olacaq

2026-2027-ci tədris ilindən etibarən Gürcüstanın bütün ictimai məktəblərində ibtidai siniflər üçün məktəbli forması məcburi olacaq. Bu barədə rəsmi açıqlamanı bu gün artıq Təhsil, Elm və Gənclər Naziri Givi Mikanadze edib.

“Məktəblərdə mövcud təcrübəni araşdırdıq və test rejimində belə bir qərar qəbul etdik ki, növbəti dərs ilindən bütün dövlət məktəblərində, I–VI siniflər də daxil olmaqla, ibtidai təhsil pilləsində məktəbli formaları məcburi qaydada geri qaytarılsın”, – hökumət üzvü bildirib.

Givi Mikanadze forma məsələsində sosial vəziyyəti ağır olan ailələrə dəstək də vəd edib.

“Biz, təbii ki, sosial cəhətdən zəif ailələri nəzərə alırıq və Səhiyyə Nazirliyi tərəfindən 60 min bal və ya daha az qiymətləndirilmiş bütün sosial proqram iştirakçıları məktəbli formaları ilə bağlı dövlətdən müvafiq dəstək alacaqlar”, – deyə Givi Mikanadze bildirib.

Bizi WhatsApp – da izləyin.