310 litr yanacaq oğurladılar, 7 il həbs olunacaqlar – VİDEO
Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən anbara daxil olaraq törədilmiş oğurluq ittihamı ilə 1998-ci il təvəllüdlü G.T.-ni və 1998-ci il təvəllüdlü İ.S.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, şübhəlilər “Spenus Qrup” MMC-də texnik kimi çalışıblar. Onlar “Kutaisi David Ağmaşenebeli adına Beynəlxalq Aeroportun” ərazisində, uçuş-enmə zolağında aparılan tikinti işləri üçün yerləşdirilmiş xüsusi texnikadan əvvəlcədən razılaşaraq gizli yolla 310 litr yanacaq oğurlayıblar.
Hüquq-mühafizə orqanları şübhəlilərin idarəsində olan avtomobilə baxış zamanı qanunsuz əldə olunmuş yanacağı maddi sübut kimi götürüblər. Cinayət 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.