Rustavi–Tbilisi avtomagistralında qəza baş verib – 3 nəfər…

Rustavi–Tbilisi avtomagistralında qəza baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Mövcud məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü sükanı idarə edə bilməyib və maşın yoldan çıxaraq aşıb. Yaralanan şəxslər təcili yardım briqadası tərəfindən klinikaya aparılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə – nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması faktı ilə istintaq başladılıb.

Bizi WhatsApp – da izləyin.