Marneulidə oktyabrdan axtarışda olan şəxs saxlanılıb – VİDEO
Kvemo Kartli polisi Marneulidə zorakılıq və sağlamlığa qəsdən yüngül xəsarət yetirmə faktı üzrə axtarışda olan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları cari ilin 23 oktyabr tarixindən zorakılıq və sağlamlığa qəsdən yüngül xəsarət yetirmə cinayətinə görə axtarışda olan, 1998-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs cari ilin 14 sentyabr tarixində Marneulidə yerləşən restoranlardan birində yanındakı şəxsə qarşı fiziki zorakılıq tətbiq edib, onun sağlamlığına zərər yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə cinayətkarın şəxsiyyətini müəyyən edərək onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlayıblar. Törədilmiş cinayətə görə Marneuli Rayon Məhkəməsinin qərarı ilə E.A.-ya qiyabi qaydada azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Saxlanılan şəxs hazırda penitensiar müəssisəyə yerləşdirilib.
Bizi WhatsApp – da izləyin.