DİQQƏT! Qanunsuz pirotexniki vasitələr satan şəxslər 6000 lariyədək cərimələnəcəklər
Tbilisi Bələdiyyə Nəzarət Xidməti patrul polisi ilə birgə həyata keçirdiyi tədbirlər çərçivəsində pirotexniki məmulatların icazəsiz satışı faktlarını aşkarlayıb. Aşkarlanan qanun pozuntuları ilə bağlı məsuliyyətə cəlb olunan sahibkarlıq subyektləri cərimələnib, qanunsuz dövriyyədə olan məhsullar isə müsadirə edilib.
Məlumata görə, Gürcüstan qanunvericiliyinə əsasən, müvafiq icazə və ya lisenziya olmadan pirotexniki məmulatların idxalı, ixracı, istehsalı və ya satışı 5 000 lari məbləğində cərimə ilə nəticələnir. Qanun pozuntusunun predmeti olan məhsulların müsadirə edilməsi isə qərardan asılı olaraq tətbiq oluna və ya tətbiq edilməyə bilər.
Qeyd olunan əməllərin təkrar törədilməsi halında cərimənin məbləği 6 000 lariyədək artırılır və bu zaman da məhsulların müsadirəsi mümkündür.
Tbilisi Bələdiyyə Nəzarət Xidməti bildirir ki, pirotexniki məmulatların qanunsuz dövriyyəsinə qarşı nəzarət tədbirləri intensiv şəkildə davam etdiriləcək. Eyni zamanda, sahibkarlara qanunvericiliyin tələblərinə riayət etmələri və məhsulların icazəsiz satışından çəkinmələri tövsiyə olunur.
Bizi WhatsApp – da izləyin.