Bolnisidə 30 yaşlı qadın dəm qazından zəhərlənərək dünyasını dəyişib
Bolnisi Bələdiyyəsinin Arıxlı (Naxiduri) kəndində 30 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Yerli mətbuatın yaydığı məlumata görə, hadisə 22 dekabrda axşam saatlarında qeydə alınıb.
Belə ki, təxminən 30 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazının sızmasından zəhərlənərək dünyasını dəyişib.
Onun 3 övladının olduğu bildirilir.
Allah rəhmət eləsin!
Bizi WhatsApp – da izləyin.