Baş nazir Fransa və Gürcüstandakı ərzaq qiymətlərini müqayisə edib
“Gürcüstan və Avropa ölkələrindəki qiymətlər arasında fərq kifayət qədər böyükdür. Əgər Gürcüstan və Fransada eyni beynəlxalq brendə məxsus şəbəkə marketlərdə qiymətləri müqayisə etsək, Gürcüstanda konkret markalı günəbaxan yağı 34%, makaron 97%, düyü 180%, kərə yağı 30%, pendir 42%, şokolad isə 47% daha bahadır”, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze istehlak qiymətləri ilə bağlı yayımlanan videomüraciətində bildirib.
Hökumət başçısının sözlərinə görə, qiymətlər arasındakı bu fərq distribütor şirkətləri və marketlərin tətbiq etdiyi yüksək qiymət artımı ilə əlaqədardır. Bu artım Gürcüstan sərhədindən mağaza rəfinədək orta hesabla 86% təşkil edir.
“Cəmiyyət tez-tez Gürcüstandakı supermarketlərdə ərzaq məhsullarının qiymətlərinin Avropa qiymətlərini xeyli üstələməsindən narahatlığını ifadə edir. Məsələni qiymətləndirmək üçün bir neçə əsas ərzaq məhsulu seçdik, bu məhsulların Gürcüstan və Avropanın konkret ölkələrindəki qiymətlərini müqayisə etdik və qiymət artımının strukturunu, o cümlədən şəbəkə marketlərin ticarət praktikasını təhlil etdik. Gürcü və Avropa qiymətləri arasındakı fərq həqiqətən də kifayət qədər böyükdür. Gürcüstan və Fransada eyni beynəlxalq brendə məxsus şəbəkə marketlərdə qiymətləri müqayisə etsək, Gürcüstanda konkret markalı günəbaxan yağı 34%, makaron 97%, düyü 180%, kərə yağı 30%, pendir 42%, şokolad isə 47% daha bahadır. Qiymətlər arasındakı fərqi isə distribütor şirkətləri və marketlərin yüksək qiymət artımı şərtləndirir; bu artım Gürcüstan sərhədindən mağaza rəfinədək orta hesabla 86% təşkil edir”, – deyə İrakli Kobaxidze qeyd edib.
Bizi WhatsApp – da izləyin.