Gürcüstana 1 milyon larilik narkotik gətirən rus qadın saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstan ərazisinə gətirilməsi ittihamı ilə Rusiya Federasiyasının vətəndaşı, 1989-cu il təvəllüdlü A.Q.-ni saxlayıblar.
Bu barədə məlumatı Nazirlik yayıb.
Hüquq-mühafizə orqanları əməkdaşları Tbilisi Beynəlxalq Aeroportunda saxlanılan şəxsə məxsus sərnişin çantasında xüsusi hazırlanmış gizli bölmədən 1 kiloqram 200 qram “kokaïn” narkotik vasitəsi aşkar edərək götürüblər. Sözügedən narkotik vasitənin “qara bazar”dakı dəyəri 1 milyon laridən artıqdır.
Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır ki, bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.