Ərzaq qiymətləri ilə bağlı bu tarixdə Parlament komissiyası yaradılacaq

Ölkədə əsas çağırışlardan biri məhsulların qiymətləridir və bu, müvafiq reaksiya tələb edir. Baş nazirin bu məsələnin tənzimlənməsi ilə bağlı verdiyi qərar birmənalı şəkildə təqdirəlayiqdir, – bunu Parlamentin Hüquqi Məsələlər Komitəsinin sədri Arçil Gorduladze bildirib.

Onun sözlərinə görə, niyə eyni məhsulun digər ölkələrdə xeyli ucuz olduğu halda, ölkə daxilində qiymətlərin artdığı araşdırılmalıdır.

“Bu, o halda baş verir ki, həmin ölkələrdə işçi qüvvəsinin cəlb edilməsi daha bahadır, nəqliyyat xərcləri, eləcə də məhsulun satıldığı yerin icarə haqqı da yüksəkdir. Bu baxımdan Gürcüstanda xərclərin nisbətən aşağı olmasına baxmayaraq, ərzaq məhsullarının qiymətləri artır. Bunlar hər bir vətəndaşın istifadə etdiyi məhsullardır. Araşdırılmalıdır ki, kartel sövdələşmələri və razılaşmalar varmı; nəticədə bəzi şəxslər əhaliyə ərzaq məhsullarına görə daha yüksək məbləğ ödətməyə çalışırlar. Baş nazirin qərarı hakimiyyətin cəmiyyətdə mövcud olan çağırışları dinlədiyinin və buna reaksiya verdiyinin nümunəsidir. Bu istiqamətdə parlament komissiyası yaradılacaq və işlər yaz sessiyasında başlayacaq”, – deyə Gorduladze qeyd edib.

Bizi WhatsApp – da izləyin.