DİQQƏT! Yeni il ərəfəsində məhkumlar üçün ərzaq qəbulu başlayır – tarixlər və icazə verilən ərzaqlar açıqlandı
Yeni il bayramı ilə əlaqədar olaraq Xüsusi Penitensiar Xidmətin tabeliyində olan bütün penitensiar müəssisələrdə təqsirləndirilənlər/məhkumlar üçün bağlamaların qəbulu başlayır.
Penitensiar müəssisələrdə bağlamaların qəbulu 29–30 dekabr tarixlərində saat 09:00-dan 18:00-dək, 31 dekabr tarixində isə 09:00-dan 15:00-dək mümkün olacaq.
Xüsusi Pentensiar Xidmət tərəfindən bağlama şəklində təqsirləndirilən/məhkum üçün qəbuluna icazə verilən ərzaq məhsullarının siyahısını təqdim edirik:
- Qızardılmış və ya bişirilmiş ət – 3 kq;
- Qızardılmış donuz balası – 1 ədəddən çox olmamaq şərti ilə;
- Qızardılmış və ya bişirilmiş toyuq – 3 kq;
- Pendir – 3 kq;
- Xaçapuri və lobiani – 3-3 ədəd;
- Gozinaki – 500 qram;
- Xiyar və pomidor – 2–2 kq;
- Çurçxela – 5 ədəd”, – deyə xidmət tərəfindən yayılan açıqlamada qeyd olunur.
Əlavə məlumat almaq üçün Xüsusi Penitensiar Xidmətin 1500 nömrəli qaynar xəttinə müraciət etmək mümkündür.
Bizi WhatsApp – da izləyin.