Yeni ildən təbii qazın qiyməti bahalaşacaqmı? – BAŞ NAZİRDƏN AÇIQLAMA
“Təbii qazla bağlı hesab edirəm ki, mövcud tarifin saxlanılması mümkündür”.
Bu barədə Baş nazir İrakli Kobaxidze “İmedi” telekanalının efirində bildirib.
Hökumət başçısının sözlərinə görə, elektrik enerjisinə gəlincə, bu sahədə də hakimiyyət beynəlxalq səviyyədə qiymətlərin artmasına baxmayaraq, mövcud tariflərin qorunub saxlanılması üçün maksimum səy göstərəcək.
“Bu məsələ yekun olaraq müzakirə ediləcək bir görüşümüz olacaq və bunun əsasında komissiya qərar qəbul edəcək. Təbii qazla bağlı düşünürəm ki, mövcud tarifin saxlanılması mümkündür. Bu da asan olmayıb, çünki beynəlxalq səviyyədə qazın qiymətləri artıb. Biz tez-tez müxtəlif sahələrdə mövcud olan düzgün olmayan təcrübələrdən danışırıq.
Bu sahədə də düzgün olmayan təcrübələri müəyyən etdik, məsələn, konkret şirkətlər üçün həddindən artıq güzəştlər mövcud idi. Bu yanlış təcrübələrin aradan qaldırılması, beynəlxalq səviyyədə qiymətlərin artmasına baxmayaraq, ehtimal ki, qaz tarifinin saxlanılmasına imkan verəcək ki, əhali üçün tarif artırılmasın. Ümid edirik ki, yekun tarif artım olmadan müəyyən ediləcək.
Elektrik enerjisinə gəldikdə isə, burada da beynəlxalq səviyyədə qiymət artımı var. Bununla belə, konkret təcrübələrin yumşaldılması və dəyişdirilməsi yolu ilə mövcud tariflərin saxlanılması üçün maksimum səy göstərəcəyik. Bu məsələ ilə bağlı da əlavə məsləhətləşmələrə ehtiyac olacaq və bunun əsasında qərar qəbul ediləcək”, – deyə Baş nazir “İmedi” telekanalının efirində qeyd edib.
Bizi WhatsApp – da izləyin.