Baş nazir: Gənclər üçün qapıları maksimum dərəcədə açmaq istəyirik

Gənclər qurultayı öz əhəmiyyəti baxımından xüsusi tədbirdir. Bunun səbəbi ondan ibarətdir ki, biz “Gürcü Arzusu”nun gənclər təşkilatını fundamental şəkildə gücləndirməyi, bu təşkilatın fəaliyyətində dönüş yaradan dəyişikliklər etməyi planlaşdırırıq və bugünkü gün bunun başlanğıc nöqtəsinə çevrilməlidir. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısının sözlərinə görə, gənclərin ölkənin inkişafında olduqca önəmli rolu var.

“Ölkəmizin son dərəcə istedadlı, vətənpərvər gəncləri var və biz belə gənclər üçün qapıları maksimum dərəcədə açmaq istəyirik. Partiyamızın gənclər təşkilatında məhz bu proses bu gündən başlayır və bugünkü qurultay da buna həsr olunub”, – deyə İrakli Kobaxidze qeyd edib.

Bizi WhatsApp – da izləyin.