DİQQƏT! Xidmət Agentliyi sürücülük imtahanlarının tarixi barədə vacib məlumat yayıb

Xidmət Agentliyi qeyri-iş günlərinə təsadüf edən sürücülük imtahanları və bir sıra digər xidmətlərlə bağlı vacib məlumat yayıb.

Belə ki, Agentliyin struktur bölmələri 2026-cı il 1 yanvardan 4 yanvar tarixinədək fəaliyyət göstərməyəcək.

Sürücülük hüququ əldə etmək üçün praktiki imtahanın birinci mərhələsinə (meydança) buraxılmanın 30-cu günü 2026-cı il 1–4 yanvar tarixlərinə təsadüf edən şəxslərə yalnız bir dəfə imtahana girmək hüququ 5–9 yanvar tarixləri arasında veriləcək.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını saxlanma/rezerv etmə vəziyyətində olan və bu müddət ərzində saxlanma/rezerv müddəti başa çatan şəxslərin müddəti 5 yanvar tarixinədək uzadılacaq.

Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin son günü 2026-cı il 1–4 yanvar tarixlərinə düşən şəxslərə cərimə sanksiyaları tətbiq olunmayacaq və gömrük rəsmiləşdirilməsi üçün son tarix 5 yanvar olaraq müəyyən ediləcək.

Arayışın (apostil/legallaşdırma) verilməsi 2026-cı il 1, 2 və ya 3 yanvar tarixlərinə düşən şəxslər arayışı 5 yanvar tarixində ala biləcəklər. Digər hallarda isə arayışların hazırlanma müddəti qanunvericiliklə müəyyən edilmiş müddətlərə uyğun hesablanacaq.

Bizi WhatsApp – da izləyin.