DİQQƏT! Bu qadağa sürücülər üçün qüvvədə qalır – 100 lari cərimələnə bilərsiz
1 dekabrdan 1 martadək müəyyən yol sahələrində qış təkərləri ilə bağlı tətbiq edilən məhdudiyyətlər yenidən qüvvədə olacaq.
Hökumət tərəfindən təsdiqlənmiş və dərc edilmiş qərara əsasən, qış dövründə nəqliyyat vasitələrinin mütləq şəkildə qış təkərləri və/və ya sürüşməyə qarşı zəncirlərlə hərəkət etməli olduğu ərazilər və yol sahələrinin siyahısı müəyyən edilib. Siyahını təqdim edirik:
Beynəlxalq əhəmiyyətli avtomobil yolları:
- Tbilisi–Senaki–Leselidze (Rusiya Federasiyası ilə sərhəd) – Osiyauri qovşağı–Surami qovşağı (Rikoti tuneli)–Tseva;
- Mtsxeta–Stepantsminda–Larsi (Rusiya Federasiyası ilə sərhəd) – Mleta–Kobi;
- Ponichala–Marneuli–Guguti (Ermənistan Respublikası ilə sərhəd) – Dmanisi dönəcəyi–Guguti;
- Xaşuri–Axaltsixe–Vale (Türkiyə Respublikası ilə sərhəd) – Kvişxeti–Vale;
- Tbilisinin giriş yolu – Zahesi–Rustavi;
- Axaltsixe–Ninotsminda (Ermənistan Respublikası ilə sərhəd) – Axaltsixe–sərhəd;
- Axalkalaki–Kartsaxi (Türkiyə Respublikası ilə sərhəd) – Axalkalaki–sərhəd.
Daxili əhəmiyyətli avtomobil yolları:
- Batumi (Angisa)–Axaltsixe – Keda–Axaltsixe;
- Sajavaxo–Çoxatauri–Ozurgeti–Kobuleti – Nasakirali aşırımı–Ozurgeti;
- Zugdidi–Cvari–Mestia–Lasdili – Cvari–Lasdili;
- Kutaisi (Sağoria)–Bağdati–Abastumani–Benara – Tskaltsaşua–Sairme;
- Kutaisi (Tskaltubo dönəcəyi)–Tskaltubo–Tsageri–Lentexi–Lasdili – Dzedziləti–Mele;
- Kutaisi (Çoma)–Alpana–Mamison aşırımı (Rusiya Federasiyası ilə sərhəd) – Joneti–Ambrolauri;
- Kutaisi (Motsameta)–Tkibuli–Ambrolauri – Orpiri–Tkibuli;
- Tkibuli (Nakerala)–Ambrolauri;
- Alpana–Tsageri – Alpana–Tsageri;
- Çolaburi körpüsü–Tercola–Tkibuli – Dzevri–Tkibuli;
- Borjomi–Bakuriani–Axalkalaki – Borjomi–Axalkalaki;
- Axalkalaki giriş yolu – Axalkalaki;
- Gomi–Saçxere–Çiatura–Zestafoni – Gomi (Vağa kəndi)–Saçxere–Çiatura–Zestafoni;
- Jinvali–Barisaxo–Şatili – Jinvali–Biso;
- Tianeti–Zaridzeyebi–Jinvali – Tianeti–Jinvali;
- Tbilisi (Qldani)–Tianeti – Tbilisi–Tianeti;
- Koda–Parksisi–Manqlisi–Tsalka–Ninotsminda – Parksisi (Tetritskaro dönəcəyi)–Ninotsminda;
- Marneuli–Tetritskaro–Tsalka – Tetritskaro–Tsalka;
- Tbilisi (Pantiani)–Manqlisi – Tbilisi (Pantiani)–Manqlisi;
- Vaziani–Qombori–Telavi – “Sasadilo”–Telavi;
- Tianeti–Axmeta–Kvareli–Ninigori – Tianeti–Axmeta;
- Bakuriani qəsəbəsinin dairəvi yolu – tam dairəvi;
- Bakurianidə Didveli xizək kompleksinə gedən yol – tam şəkildə;
- Çoxatauri–Baxmaro – tam şəkildə;
- Nıçbisi–Didqori–Didi Toneti – Nıçbisi–Didi Toneti;
- Saçxere (Sareki)–Uzunta–Şkmeri–Zudali – Saçxere (Uzunta)–Zudali.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qış təkərləri və sürüşməyə qarşı zəncir tələblərinə əməl edilmədikdə, şəxs 100 lari məbləğində cərimə olunacaq və sürücülük vəsiqəsinə verilmiş 5 bal silinəcək.
Bizi WhatsApp – da izləyin.