MARNEULİDƏ ƏMƏLİYYAT: Kilolarla narkotik və odlu silahlar aşkarlanıb – VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları narkotik cinayətləri və odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 2 nəfəri saxlayıblar: 1968-ci il təvəllüdlü, keçmişdə bir neçə dəfə məhkum olunmuş C.K. və 1977-ci il təvəllüdlü R.X.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Marneuli bələdiyyəsi ərazisində təqsirləndirilən şəxslərin yaşayış evlərində və yardımçı tikililərdə aparılan axtarışlar zamanı ümumilikdə 2,5 kiloqramadək qurudulmuş “marixuana” narkotik vasitəsi aşkar edərək götürüblər.

İstintaq hərəkətləri nəticəsində C.K.-nın yaşayış evindən, həmçinin qeydiyyatsız ov tüfəngi və odlu silah — tapança da müsadirə olunub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələrinin birinci və üçüncü hissələrinin “a” bəndi ilə aparılır ki, bu da 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.