Qardabani, Marenuli, Bolnisi və Rustaviyə qar yağacağı gözlənilir – PROQNOZ

2026-cı ilin yanvarın 3-dək Gürcüstanda soyuq və vaxtaşırı yağıntılı hava şəraiti davam edəcək.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Tbilisidə dekabrın 31-də günün sonuna doğru zəif sulu qar müşahidə oluna bilər, yanvarın 1-i günün ikinci yarısından yanvarın 2-si səhərədək isə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında 0, -2, gündüz isə +2, +4 dərəcə təşkil edəcək.

Sahil bölgəsi:

Batumi, Kobuleti, Anaklia və Potidə yağıntı, əsasən qar şəklində gözlənilir. Havanın temperaturu gecə 0, +2, gündüz +5, +7 dərəcə olacaq.

Kvemo Kartli bölgəsi:

Rustavi, Bolnisi, Marneuli, Qardabanidə bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə -2, -4, gündüz +2, +4 dərəcə olacaq.

Kaxeti bölgəsi:

Saqareco, Telavi, Gurjaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoflistskaroda bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə -3, -5, gündüz +2, +4 dərəcə təşkil edəcək.

Bizi WhatsApp – da izləyin.