Marneulidə tikintidə ehtiyatsızlıq 67 yaşlı şəxsin dəhşətli ölümünə səbəb olub – VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları, tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması və bunun insan ölümünə səbəb olması ittihamı ilə 1965-ci il təvəllüdlü T.Z.-ni saxlayıblar.

Bu barədə Nazirlikdən bildirilib.

İstintaqla müəyyən edilib ki, Marneuli bələdiyyəsi ərazisində təqsirləndirilən şəxs ağır texnika ilə yol çəkilişi işləri apararkən dəmir boru 1958-ci il təvəllüdlü R.M.-nin üzərinə düşüb. Aldığı xəsarətlər nəticəsində R.M. hadisə yerində həyatını itirib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində T.Z. şübhəli şəxs qismində hadisədən dərhal sonra saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu da 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.