Marneulidə evdən oğurluq edən 19 yaşlı gənc saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları quldurluq ittihamı ilə 2006-cı il təvəllüdlü Z.D.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yaşayan 1962-ci il təvəllüdlü A.P.-ni bıçaqla hədələyərək quldurluq edib, qiymətli əşyaları və 14 000 lari ələ keçirib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq tədbirləri nəticəsində Z.D.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin birinci hissəsi üzrə aparılır.
Bizi WhatsApp – da izləyin.