Ərzaq məhsullarının qiymətləri ilə bağlı xüsusi komissiya yaradılıb – RƏSMİ

Ərzaq məhsullarının qiymətləri ilə bağlı hökumət yanında əlaqələndirici komissiya yaradılıb. Komissiyaya baş nazir İrakli Kobaxidze rəhbərlik edəcək.

Bu barədə məlumatı Hökumət Administrasiyası yayıb.

Məlumata görə, müvafiq sərəncam hökumətin dünənki iclasında təsdiqlənib.

Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin bildirdiyinə görə, komissiyanın tərkibinə müvafiq sahə nazirləri, Hökumət Administrasiyası və Rəqabət Agentliyi daxil olacaq.

“Baş nazir ərzaq məhsullarına tətbiq olunan qiymət əlavələri ilə bağlı çox ətraflı danışdı və qeyd etdi ki, bu məsələ daha dərindən araşdırılmalıdır, çünki tez-tez qiymət əlavələri heç bir məntiqə uyğun gəlmir və nəticədə bu, istehlakçıya mənfi təsir göstərir. Hökumət komissiyası bu prosesin daha yaxşı koordinasiyası üçün yaradılıb”, – deyə Levan Jorjoliani bildirib.

Bizi WhatsApp – da izləyin.