Yanvarın 1-nə olan rəsmi valyuta məzənnəsi – DOLLAR BAHALAŞIB

Gürcüstanın Milli Bankı yeni valyuta məzənnələrini açıqlayıb. 31 dekabr tarixli ticarətin nəticələrinə əsasən, ABŞ dolları bahalaşaraq 2.6963 lari təşkil edib. Bu gün qüvvədə olan məzənnə 2.6951 lari olub.

Avro isə ucuzlaşıb – onun məzənnəsi 3.1646 lari olaraq müəyyən edilib. Bugünkü rəsmi məzənnə isə 3.1737 lari olub.

Türk lirəsinin məzənnəsi dəyişməz qalıb və 0.0628 lari səviyyəsindədir.

Ticarətin nəticələrinə əsasən formalaşan yeni məzənnələr 1 yanvar tarixindən qüvvəyə minəcək.

Bizi WhatsApp – da izləyin.