Yanvar ayından pensiyalar və sosial yardımlar nə qədər artacaq?

2026-cı ilin yanvarından etibarən ölkədə pensiyalar artırılacaq. Bu, 2026-cı il dövlət büdcəsində nəzərdə tutulub.

Daha dəqiq desək, ölkənin əsas maliyyə sənədinə əsasən, yanvar ayından 70 yaşadək şəxslər üçün yaşa görə pensiya 20 lari artırılaraq 370 lari olacaq, 70 yaş və yuxarı pensiyaçıların pensiyası isə 45 lari artırılaraq 495 lari təşkil edəcək.

Dağlıq yaşayış məntəqələrinə gəldikdə isə, orada yaşayan 70 yaşadək şəxslər 444 lari pensiya alacaqlar, 70 yaş və yuxarı pensiyaçılar isə 594 lari məbləğində pensiya əldə edəcəklər.

Pensiya ilə yanaşı, 2026-cı ilin yanvarından etibarən kəskin ifadə olunmuş əlilliyi olan və 18 yaşadək əlilliyi olan şəxslər üçün sosial müavinət 45 lari artırılacaq, digər kateqoriyaya aid əlilliyi olan şəxslər üçün nəzərdə tutulan müavinət isə 20 lari artırılacaq.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanda 70 yaşadək şəxslər üçün pensiya 350 lari təşkil edir, dağlıq yaşayış məntəqələrində isə bu yaş qrupuna aid pensiyaçılar 420 lari alırlar. 70 yaş və yuxarı pensiyaçıların pensiyası 450 lari, dağlıq yaşayış məntəqələrində isə bu kateqoriyaya aid pensiyaçıların pensiyası təxminən 540 laridir.

Bizi WhatsApp – da izləyin.