Çətin meteoroloji şərait səbəbindən bir sıra turizm obyektləri ziyarətçilər üçün bağlanıb

Çətin meteoroloji şərait səbəbindən bir sıra turizm obyektləri ziyarətçilər üçün müvəqqəti olaraq bağlanacaq. Bu barədə Qorunan Ərazilər Agentliyi məlumat yayıb.

“Əziz ziyarətçilər, çətin meteoroloji şəraitlə əlaqədar olaraq aşağıdakı turizm obyektləri ziyarətçilər üçün müvəqqəti bağlanacaq:

  • Sataplia;
  • Navenaxevi mağarası;
  • Okatse kanyonu;
  • Okatse şəlaləsi.

Prometey mağarası və Martvili kanyonu isə yanvarın 5-dən etibarən ziyarətçilərin qəbulu üzrə adi rejimdə fəaliyyətini bərpa edəcək”, – məlumatda qeyd olunub.

Bizi WhatsApp – da izləyin.