Tbilisi tıxac indeksi üzrə 340 şəhər arasında 171-ci yerdə qərarlaşıb

Tbilisi tıxac indeksi üzrə 340 şəhər arasında 171-ci yerdə qərarlaşıb. Bu barədə Numbeo tədqiqat təşkilatının 2026-cı il üçün yenilənmiş reytinqində qeyd olunub.

Məlumata əsasən, Tbilisi ilə müqayisədə yol hərəkəti Moskva, Bakı və Ankarada daha çox yüklənib. Qonşu ölkələr arasında isə avtomobil hərəkətinin ən sərbəst olduğu şəhər Ermənistanın paytaxtı İrəvandır.

Daha dəqiq desək, Gürcüstanın qonşu ölkələri üzrə göstəricilər belədir:

  • Rusiya (Moskva) – 28-ci yer;
  • Azərbaycan (Bakı) – 143-cü yer;
  • Türkiyə (Ankara) – 146-cı yer;
  • Gürcüstan (Tbilisi) – 171-ci yer;
  • Ermənistan (İrəvan) – 273-cü yer.

Qeyd olunur ki, dünya üzrə 340 şəhər arasında avtomobil hərəkətinin ən çox yükləndiyi şəhər Nigeriyanın Laqos şəhəridir. Ən rahat yol hərəkəti isə Estoniyanın Tartu şəhərində qeydə alınıb.

Ən böyük tıxacların olduğu 5 şəhər bunlardır:

  • Laqos (Nigeriya);
  • San-Xose (Kosta-Rika);
  • Los-Anceles (Kaliforniya, ABŞ);
  • Şarja (Birləşmiş Ərəb Əmirlikləri);
  • Kolombo (Şri-Lanka).

Avtomobil hərəkətinin ən sərbəst olduğu 5 şəhər isə aşağıdakılardır:

  • Tartu (Estoniya);
  • Villax (Avstriya);
  • Plzen (Çexiya Respublikası);
  • Split (Xorvatiya);
  • Banya-Luka (Bosniya və Herseqovina).

Məlumat üçün bildirək ki, tıxac indeksi kompleks göstəricidir və aşağıdakı amillər nəzərə alınmaqla hesablanır: səfər müddəti, narazılıq səviyyəsi, CO₂ emissiyası, eləcə də ümumi nəqliyyat sisteminin effektivliyi və ya qeyri-effektivliyi.

Bizi WhatsApp – da izləyin.