Sertifikatı olmayan şəxslər bu işdə işləyə bilməyəcəklər
2026-cı ilin iyun ayından etibarən Gürcüstanda bələdçilərin sertifikatlaşdırılması məcburi olacaq. Müvafiq qayda 1 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək və tələbin pozulmasına görə maliyyə sanksiyaları tətbiq ediləcək.
Məlumata görə, Gürcüstanın “Turizm haqqında” qanununa edilmiş dəyişikliklərə əsasən, dağ bələdçisi və xizək bələdçisi fəaliyyəti yalnız müvafiq icazəyə malik, sertifikatlaşdırılmış şəxslər tərəfindən həyata keçirilə biləcək. Bələdçilərin sertifikatlaşdırılması Gürcüstan Milli Turizm Administrasiyası tərəfindən səlahiyyət verilmiş sertifikatlaşdırma orqanı tərəfindən aparılacaq.
Qanunvericiliyə əsasən, müvafiq sertifikatı olmayan şəxsin dağ və ya xizək bələdçisi kimi fəaliyyət göstərməsi 1 000 lari məbləğində cərimə ilə nəticələnəcək. Bundan əlavə, peşəkar məsuliyyət üzrə məcburi sığorta polisinin olmaması 500 lari məbləğində cərimə tətbiq olunmasına səbəb olacaq.
Bizi WhatsApp – da izləyin.