Marneuli bazarında güllələnən gənc dünyasını dəyişib, atasının vəziyyəti isə…

Marneuli bazarında baş verən silahlı insident ölümlə nəticələnib.

Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 27 yaşlı gənc, tibbi müdaxilələrə baxmayaraq “Aversi” klinikasında həyatını itirib.

Məlumata əsasən, gəncin ölüm xəbərindən sonra klinikada qarşıdurma yaranıb, bundan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Mövcud məlumata əsasən, güllə yarası alan atanın vəziyyəti isə stabildir. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 19–109-cu maddəsi üzrə istintaq aparılır.

Bizi WhatsApp – da izləyin.