Marenulidən Azərbaycana pul aparmaq adı ilə gedib, Türkiyə sərhəddində tutuldu – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitinin mənimsənilməsi ittihamı ilə 1976-cı il təvəllüdlü Ş.F.-ni Sarp sərhəd-keçid məntəqəsində saxlayıblar.
İstintaqla müəyyən edilib ki, 1981-ci il təvəllüdlü N.Q. Azərbaycanda yaşayan dostuna çatdırılması üçün təqsirləndirilən şəxsə 10 000 ABŞ dolları verib. Ş.F. isə həmin pul vəsaitini qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Ş.F. məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.
Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə istintaq aparılır ki, bu da 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.