Gürcüstanda 1 qram qızıl və gümüş neçəyədir? – QİYMƏTLƏR
Gürcüstanda qızılın qiyməti sabit olaraq qalmaqdadır. Hazırda Tbilisi qızıl birjasında 999 əyarlı 1 qram qızıl 387 lari, 750 əyarlı 290 lari, 585 əyarlı 1 qram qızıl isə 226 lariyə satılır.
Gümüşə isə, 800 əyarlı 1 qramın qiyməti 5.43 lari, 999 əyarlı gümüşün 1 qramı isə 6.79 laridir.
Dünya birjalarında isə Tbilisi vaxtı ilə saat 12:30-a olan məlumata görə, bir unsiya qızıl 4 425 dollar təşkil edir ki, bu da bir gün ərzində 2.13% artım deməkdir. Gümüşün qiyməti isə 3.85% yüksəlib və hazırda bir unsiya 75.63 dollar dəyərindədir.
Bizi WhatsApp – da izləyin.