Ukrayna vətəndaşı 24 yaşlı gənci bıçaqlayıb qaçdı – İSTİ İZLƏRLƏ SAXLANILIB
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən sağlamlığa qəsdən az ağır xəsarət yetirmə ittihamı ilə 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı V.R. saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 7 yanvarında Tbilisidə mübahisə zəminində soyuq silahdan istifadə edərək 2003-cü il təvəllüdlü A.R.-ni yaralayıb və hadisə yerindən qaçıb.
Yaralanmış gənc müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayətdə şübhəli bilinən şəxs isti izlərlə saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan silah — bıçaq maddi sübut kimi götürülüb.
Fakt üzrə Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə istintaq aparılır ki, bu da 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.