Qardabanidə “Alilo” yürüşü təşkil olunub – FOTO

7 yanvar tarixində, Qardabani şəhərində Milad bayramı münasibətilə “Alilo” yürüşü təşkil olunub.

Yürüş şəhərdəki Kilsədən başlayıb və Sakrebulo binası yaxınlığında başa çatıb.

Milad “Alilo” yürüşündə Qardabani sakinləri, Mer Davit Karqarateli, Bələdiyyə Şurasının sədri Mixail Gedexauri və yerli hakimiyyətin digər nümayəndələri iştirak ediblər.

Alilo yürüşü zamanı toplanan sovqat və ianələr Noriyo və Martkopidə yerləşən uşaq evlərinə, eləcə də kilsə və monastırlara veriləcək.

Bizi WhatsApp – da izləyin.