Türkiyə Polisi ilə birgə əməkdaşlıq: Sahib Bayramovun qatili saxlanıldı – VİDEO
Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin və Türkiyə Respublikasının Artvin vilayətinin Polis Departamentinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbirləri çərçivəsində, qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamları ilə 26 yaşlı Sahib Bayramovun qatili 2002-ci il təvəllüdlü şəxs “Kartsaxi” sərhəd sektoru ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinə, eləcə də Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə operativ əməkdaşlığa görə təşəkkür edib. Gürcüstan tərəfi Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə prosesində sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malikdir. Bu əməkdaşlıq çərçivəsində onların koordinasiyası ilə bir sıra, o cümlədən ağır kateqoriyalı cinayətlərin üstü açılıb.
Bizi WhatsApp – da izləyin.