Dubay-Moskva reysində qorxulu anlar – Həyəcan siqnalı verildi
Rusiyanın “Utair” aviaşirkətinə məxsus Dubay-Moskva marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi Vnukovo hava limanına uğurla eniş edib.
Bu barədə aviaşirkətin rəsmi teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 18:37-də hava limanına enib. Məlumata görə, uçuş zamanı hər hansı ciddi problem yaşanmayıb, sərnişinlərin və heyət üzvlərinin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, sözügedən təyyarə Əl-Maktum hava limanından havaya qalxdıqdan qısa müddət sonra BƏƏ səmasında fəlakət siqnalı vermişdi.
Bizi WhatsApp – da izləyin.