Narkotiklə qaçmağa çalışdı, polis əməkdaşlarına hücüm etdi – VİDEO
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, eləcə də polis əməkdaşlarına hücum ittihamı ilə 1999-cu il təvəllüdlü Z.K. saxlanılıb.
Əməliyyat məlumatı əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi Tbilisidə saxlayıblar. Polisi gördükdə Z.K. hadisə yerindən qaçmağa cəhd edib və idarəsində olan avtomobillə qəsdən polis avtomobilinə çırpılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu hadisə yerində saxlayıblar. Avtomobilə baxış zamanı xüsusilə külli miqdarda “alfa PVP” tərkibli narkotik maddə aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı və 353-cü prima maddələri ilə istintaq aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.