Bu il Kür çayı üzərində ictimai və turistik nəqliyyat xidmətinin inkişafı planlaşdırılır

Tbilisi meriyası 2026-cı ildə Kür çayı üzərində ictimai və turistik nəqliyyat xidmətinin inkişafını planlaşdırır. Bu barədə paytaxtın cari il üçün nəzərdə tutulmuş büdcəsində qeyd olunub.

Sənədə əsasən, şəhərin inkişafına dəstək layihəsi — Tbilisi İnkişaf Fondunun dəstəyi ilə 2021-ci ildən başlayıb və 2028-ci ilədək davam edəcək bir neçə istiqaməti birləşdirir. Cari ildə isə aşağıdakı mərhələlərin həyata keçirilməsi planlaşdırılır:

  • Kür çayı üzərində ictimai və turistik nəqliyyat xidmətinin inkişafı;
  • Dayanıqlı şəhər mobilliyi planının hazırlanması;
  • Tbilisi metrosu üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması;
  • Vera parkının detallı dizaynı;
  • Diğomi çəmənliklərinin (çay sahələrinin) inkişaf strategiyasının hazırlanması;
  • Superblokların detallı dizayn layihəsi;
  • Nəqliyyat sisteminə dair məlumatların yenilənməsi.

Layihənin gözlənilən yekun nəticələrində qeyd olunur ki, “reabilitasiya ərazisi genişlənəcək və turistlər, eləcə də Gürcüstan vətəndaşları üçün daha çox reabilitasiya olunmuş, abadlaşdırılmış və adaptasiya edilmiş məkan əldə ediləcək.”

Bizi WhatsApp – da izləyin.