Azərbaycan vətəndaşı da olmaqla 27 nəfər deportasiya edildi, ölkəyə giriş qadağası qoyuldu
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya nəticəsində son günlər ərzində 27 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlərin nəticəsində ölkədən deportasiya olunanlar Türkiyə, Hindistan, Azərbaycan, Çin, Tailand, Türkmənistan, Almaniya, Pakistan, Misir, İsrail və Livan vətəndaşları — ümumilikdə 27 nəfərdir.
Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərə ölkəyə giriş qadağası tətbiq edilib.
Bizi WhatsApp – da izləyin.