Ümumi qabiliyyət imtahanı ilə Universitetlərə qəbul ediləcək Azərbaycanlıların sayı açıqlanıb
2026-cı ildə Gürcüstanda Azərbaycan əsilli tələbələrə 900 min lari, təxminən 567 min 720 manat ayrılıb.
RealNews.ge “Report”un Gürcüstan bürosu istinadən xəbər verir ki, statistikaya görə, indiyədək Azərbaycan dilində Dövlət qrantı ilə təhsil alan tələbə sayı 200 nəfər idisə, bu il bu rəqəm iki dəfə artırılaraq 400 nəfər olub.
Təhsil, elm və gənclər naziri müavini Zviad Gabisonia bildirib ki, yeni 3+1 təhsil modeli çərçivəsində bakalavr proqramı 3 il, magistratura isə 1 il davam edəcək.
“Tələbələr 3 il ərzində öz ixtisaslarını dərindən mənimsəyəcək, sonra isə sürətlə karyeralarını qurmağa başlayacaqlar. Magistratura pilləsində isə həm təhsil, həm də iş təcrübəsi qazanmaq mümkündür,” – deyə o qeyd edib.
Z.Gabisonia əlavə edib ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlıq tələbə və professor mübadiləsi, akademik təcrübənin paylaşılması və strateji araşdırmaların aparılmasını nəzərdə tutur. Bu proqramlar dövlət tərəfindən maliyyələşdiriləcək, ilkin mərhələdə iki və ya dörd ixtisası əhatə edəcək.
Bizi WhatsApp – da izləyin.