Mübahisə qanla nəticələndi, Rustavidə saxlanıldı – 15 ilə qədər həbs…

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1992-ci il təvəllüdlü, keçmişdə məhkum olunmuş L.F.-ni Rustavidə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Rustavidə qarşılıqlı mübahisə zəminində başlayan qarşıdurma zamanı 1988-ci il təvəllüdlü D.G.-yə soyuq silahdan istifadə etməklə bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb.

Yaralanmış kişi müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə L.F.-ni hadisədən qısa müddət sonra, isti izlərlə saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.