Marneulidə həmkəndlisinə qarşı aylardır ki, zorakılıq törədib pul tələb edən şəxs saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları, 1987-ci il təvəllüdlü, keçmişdə məhkum olunmuş, hazırda şərti cəza altında olan E.A.-nı odlu silahdan istifadə etməklə sistematik zorakılıq və dəfələrlə törədilmiş hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs həmkəndlisi – 1987-ci il təvəllüdlü R.E.-dən 2025-ci ilin sentyabr ayından etibarən sistematik şəkildə pul tələb edib və ödəmədiyi halda onu öldürməklə hədələyib. Təhdid və qorxu yolu ilə R.E. sentyabr ayından bu günə qədər müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 1 300 lari verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq tədbirləri nəticəsində E.A.-nı məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “m” bəndi və 181-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.