Gürcüstana narkotik maddə gətirmək istəyən Ermənistan vətəndaşını ömürlük həbs cəzası… – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsi və Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstan ərazisinə gətirilməsi ittihamı ilə Ermənistan Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü K.S. saxlanılıb.
Hüquq-mühafizə orqanları “Sadaxlı” sərhəd-keçid məntəqəsinin avtomobil zonasında təqsirləndirilən şəxsin üzərində aparılan şəxsi baxış zamanı 34 ədəd “Metadon” narkotik vasitə həbi maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır ki, bu maddələr ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.